Bu şəxslərə birdəfəlik PUL VERİLƏCƏK
Yaş həddinə görə dövlət qulluğuna xitam verilənlərə birdəfəlik haqq ödəniləcək.
BAKU.WS xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət qulluğu haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, dövlət qulluğunda olmanın yaş həddinə çatdığı üçün dövlət qulluğuna xitam verildikdə, digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ona öz seçimi ilə dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğinin 6 misli miqdarında birdəfəlik haqq veriləcək. Bu məbləğdən vergi, məcburi dövlət sosial sığorta haqqı və digər icbari ödənişlər tutulmayacaq.
Vergi Məcəlləsi və "Sosial sığorta haqqında" haqqında qanuna da müvafiq dəyişikliklər təklif olunub.
Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Oxşar xəbərlər
Həcc ziyarəti üçün sənəd qəbulunun son tarixi açıqlanıb
Həcc ziyarətinə getmək istəyən şəxslər üçün sənəd qəbulu müddətinin başa çatacağı tarix açıqlanıb. BAKU.WS-in məlumatına görə, bu barədə QMİ-nin Xarici Əlaqələr...