Bu rayonlarda yaşayan əlilliyi olan şəxslər reabilitasiya mərkəzinə avtobusla ödənişsiz daşınır
Yeniliklərdən dərhal xəbərdar olun
Əlilliyi olan şəxslərin reabilitasiya xidmətlərinə əlçatanlığının artırılması məqsədilə bu il yeni "RehaBus" nəqliyyat xətti istifadəyə verilib.
BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı Aygün Abdullayeva deyib.
O, bildirib ki, bu xidmət çərçivəsində nümunə olaraq, Gəncə və Şəmkir regionlarında yaşayan və habelə bu regionalara yaxın ərazilərdə yaşayan, nəqliyyat problemləri, əlilliyi olan şəxslər müəyyən edilib müvafiq dayanacaqlardan götürülərək, Şəmkir Uşaq Reabilitasiya Mərkəzinə çatdırılır.
"Reabilitasiya Xidmətlərinin icrası müddətində avtobus mərkəzdə gözləyir və xidmətlər başa çatdıqdan sonra, vətəndaşların yenidən əvvəlki məntəqələrə təhlükəsiz şəkildə geri qaytarılması təmin edilir. Ümumilikdə isə iki istiqamət üzrə "RehaBus" xətti fəaliyyət göstərir".
Qeyd edək ki, "RehaBus" layihəsi çərçivəsində reabilitasiya avtobusu Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda yaşayan əlilliyi olan uşaqları paytaxtdakı 2 saylı Uşaq Reabilitasiya Mərkəzinə, Gəncədə yaşayan əlilliyi olan uşaqları isə Şəmkirdəki Uşaq Reabilitasiya Mərkəzinə çatdırır.
Oxşar xəbərlər
Qızların qaldığı yataqxanada nə baş verib? "Hansısa qız oğlanla bu zonaya keçə bilməz"
Sosial şəbəkələrdə "Kampus" özəl tələbə yataqxanasına daxil olan naməlum kişinin bir neçə qızın otağının qapısını döyərək onları narahat etdiyi iddia olunur. Ha...