Bu rayonda yeni çoxmənzilli yaşayış kompleksləri TİKİLƏCƏK
Yeniliklərdən dərhal xəbərdar olun
"MİDA" MMC Abşeron rayonunun Saray qəsəbəsində genişmiqyaslı yaşayış layihəsinin icrası üçün müsabiqə elan edib.
BAKU.WS-in məlumatına görə, layihə çərçivəsində 4,5 hektar ərazidə çoxmənzilli binalar və qeyri-yaşayış obyektlərinin inşası nəzərdə tutulur.
Planlaşdırılan tikintiyə əsasən, 1 və 4 nömrəli 12 mərtəbəli, 2 və 3 nömrəli isə 16 mərtəbəli yaşayış binalarının inşası həyata keçiriləcək. Bundan əlavə, ərazidə 14 və 15 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binalarının da tikintisi planlaşdırılıb.
Layihənin ümumi dəyəri 36 milyon 311 min manatdır. Yeni yaşayış kompleksinin istifadəyə verilməsi Saray qəsəbəsində müasir yaşayış mühitinin formalaşmasına, əhalinin mənzil təminatının yaxşılaşdırılmasına və ərazidə sosial infrastrukturun inkişafına töhfə verəcək.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...