Bu qidalar xərçəngə səbəb olur - Qırmızı ət və…
Sağlam qidalanma üzrə rusiyalı nütəxəssis Aleksey Kabanov xərçəngə səbəb olan qidaların adını çəkib.
BAKU.WS "Veçernaya Moskva"ya istinadən xəbər verir ki, o, spirtli içkilərin həddindən artıq istehlak zamanə ağız boşluğu, yemək borusu və qaraciyər xərçənginə səbəb olduğunu deyib.
Mütəxəssis bildirib ki, ədviyyatlar ağızda və burunda şişkinliyə səbəb ola bilər, lakin normada olduqda zərərli deyil. Qida rasionunda qırmızı ətin üstünlük təşkil etməsi isə düz bağırsağın xəstəlikləri ilə bağlıdır.
O qeyd edib ki, düzgün olmayan qidalanma mədə-bağırsaq xərçənginin müxtəlif növlərinin, eləcə də süd vəzisi və prostat xərçənginin inkişafına səbəb ola bilər. Həkim, sağlamlığa ən çox zərərin spirt, ədviyyatlı yeməklər, duzlu balıq və qırmızı ət olduğunu vurğulayıb.
Kabanov həddən artıq isti yemək və içkilərin yemək borusunu zədələyə biləcəyi üçün təhlükələr barədə xəbərdarlıq edib.
Bundan əlavə, o, məhsulların üzərindəki kif görünüşünü diqqətlə izləməyi məsləhət görüb. Çünki bu aflatoksinləri - qaraciyər xərçənginin inkişafına təkan verə bilən zəhərli birləşmələri ehtiva edə bilər.
Oxşar xəbərlər
Bakı metrosunda məsafəyə görə gediş haqqı tarifi tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Metropolitendə məsafəyə görə gedişhaqqı sistemi beynəlxalq praktikada geniş istifadə olunur. Model xüsusilə qonşu ölkələrin şəhərlərində - Moskva və İstanbulda...