Bu qaydanı pozan şəxslər 6 min manat cərimə olunacaqlar - VİDEO

Bu qaydanı pozan şəxslər 6 min manat cərimə olunacaqlar - VİDEO
Video
Sosial 304

Bərbərxana və gözəllik salonlarına da kassa-aparatları qoyulacaq. Məqsəd kölgə iqtisadiyyatının miqyasını azaltmaq və gəlirləri leqallaşdırmaqdır.

BAKU.WS xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vərgi Xidmətinin əməkdaşı Eldar Mədətov "Xəzər Xəbər"ə bildirib ki, bu ilin yanvarın 1-dək Vergi Məcəlləsinin 16.1.8-ci maddəsində müəyyənləşdirilən istisinalar nəzərə alınmaqla, pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmaları məcburi olaraq nəzarət-kassa aparatları ilə həyata keçirilirdi. Vergi Məcəlləsinə edilən son dəyişikliklərlə bu siyahı genişləndirilib.

Eldar Mədətov deyib ki, qeyd edilən fəaliyyət sahəsində, yəni bərbərxanalar və gözəllik salonlarında da vergi münasibətlərində şəffaflıq təmin ediləcək.

Qeyd edək ki, bərbərxanalar və gözəllik salonunda işləyənlərin bir çoxu məsələdən xəbərsiz olduqlarını deyirlər.

Qeyd edək ki, Vergi Məcəlləsinə əsasən texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasında qaydaların pozulmasına görə vergi ödəyicisinə belə hallara birinci dəfə yol verildikdə 1000 manat, ikinci dəfə yol verildikdə 3000 manat, üç və daha çox yol verildikdə 6000 manat məbləğində cərimə olunacaqlar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bərbərxana və gözəllik salonlarından istifadə edənlər üçün VACİB XƏBƏR - Bundan sonra...

Bərbərxana və gözəllik salonlarından istifadə edənlər üçün VACİB XƏBƏR - Bundan sonra...

2022-ci il yanvarın 1-dək Vergi Məcəlləsinin 16.1.8-ci maddəsində müəyyənləşdirilən istisnalar nəzərə alınmaqla, pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti...

916 Sosial 15:14 12 yanvar 2022

Son xəbərlər