Bu ölkədə meymunçiçəyinə ilk yoluxma faktı aşkar edilib

Bu ölkədə meymunçiçəyinə ilk yoluxma faktı aşkar edilib
Sosial 138

Səudiyyə Ərəbistanında meymunçiçəyi virusuna ilk yoluxma halı qeydə alınıb.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bu barədə Səudiyyənin mətbuat agentliyi ölkənin Səhiyyə Nazirliyinə istinadən bildirib.Qeyd olunub ki, xəstəlik Ər-Riyada krallıqdan kənardan gələn şəxsdə aşkar edilib.

O da bildirilib ki, Səudiyyə Ərəbistanının səhiyyə orqanları xəstə ilə yaxın təmasda olanları müəyyən edə bilib və onların hamısının həkim nəzarəti altındadır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər