Bu nazirlikdə yüksək vəzifəyə yeni təyinatlar olub - FOTO

Bu nazirlikdə yüksək vəzifəyə yeni təyinatlar olub - FOTO
Foto
Sosial 11

Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni təyinat olub.

Bu barədə BAKU.WS-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Ramik Əşrəfov Meşələrin İnkişafı Xidmətinin rəisi vəzifəsinə təyin edilib.

R.Əşrəfov bu təyinatadək “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin sədri vəzifəsində çalışıb. ETSN-in mətbuat katibi İradə İbrahimova bildirib ki, Ramik Əşrəfov ixtisasca meşə təsərrüfatı mühəndisidir, Voronej Meşə Texnologiyası İnstitutunda meşə təsərrüfatı mühəndisi ixtisası üzrə təhsil alıb.

1988-ci ildən bugünədək meşə təsərrüfatı və ekologiya sahəsində müxtəlif vəzifələrdə çalışıb. Nazirlik sözçüsü “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin sədri vəzifəsinə də yeni təyinat olduğunu qeyd edib.

"Bu vəzifə ASC-nin sədr müavini işləyən Cavid Abdullayevə həvalə olunub.

C.Abdullayev Azərbaycan Dövlət İqtisad Universitetini bitirib, “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyətində müxtəlif vəzifələrdə işləyib. 2022-ci ildən bugünədək ASC- də sədr müavini olub".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər