Bu narkotik vasitələr insanları daha tez öldürür - AÇIQLAMA - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Ötən 10 illə müqayisədə psixoaktiv maddələrin növündə artım var. Bu gün müxtəlif növ sintetik narkotiklər meydana gəlib. Buna metamfetamin, həb şəklində olan tam sintetik metadon tabletkanı misal göstərə bilərik".
BAKU.WS xəbər verir ki, bu sözləri REAL TV-yə həkim-narkoloq Zamin Əliyev bildirib.
"Bunlar yarımsintetik və sintetik olaraq daha ağır narkotiklər hesab edilir. Bunları istifadə edən şəxsləri müalicə etmək həkimlər üçün çox çətindir. Bu maddələrin orqanizmi qısa müddət ərzində dağıtmaq riski daha çoxdur", - deyə həkim əlavə edib.
Oxşar xəbərlər
Müvəqqəti həzzin qurbanı olanlar - narkotik artıq onun həyatını alt-üst edib
Narkotik rəngsiz bir həyatdır, hətta gülün-çiçəyin rəngini belə görə, onun xoş ətrini hiss edə bilmirsən. Narkomanlar üçün gecə ilə gündüzün fərqi ancaq birinin...