Bu metro stansiyaların adları dəyişdirilə bilər - SİYAHI
![Bu metro stansiyaların adları dəyişdirilə bilər - SİYAHI](https://baku.ws/storage/photos/uploads/thumbs/large/Ve75A9KZeGW9cseFNLDz9U36DtUeLdnGoLzaI8JL.webp)
Bakı metrosu şəhərin əsas nəqliyyat arteriyalarından biri olmaqla yanaşı, həm də paytaxtın tarixi və mədəni kimliyini əks etdirən mühüm infrastruktur obyektidir.
BAKU.WS-in məlumatına görə, zamanla şəhərin sosial, siyasi və mədəni həyatında baş verən dəyişikliklər metro stansiyalarının adlarında da əksini tapır.
Bu baxımdan bəzi stansiyaların adlarının yenilənməsi və müasir dövrün tələblərinə uyğunlaşdırılması aktuallığını qoruyur. Azərbaycanda 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi ilə əlaqədar bir sıra coğrafi obyektlərə və infrastruktur vahidlərinə yeni adlar veriləcək. Təsdiq edilən Tədbirlər Planına əsasən, metro stansiyalara da yeni adların verilməsi planlaşdırılır.
Bəs Bakıda fəliyyət göstərən hansı metro stansiyaların adları dəyişdirilə və ya inşa olunan stansiyalara adlar verilə bilər?
![](https://baku.ws/storage/photos/uploads/thumbs/aspect/DAl2FiZ8c09sQsoYUht2rNgVaV3Vihgh31t5dxLz.webp)
Mövzu ilə bağlı BAKU.WS-ə açıqlama verən nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, dünya təcrübəsinə istinad edərək qərarlar sorğular əsasında verilir. Yəni cəmiyyətdə müvafiq müsabiqələr və sorğular keçirilir və çoxluğun adı hansı uyğundursa, ona uyğun seçilir. Yaxşı olardı ki, yerə uyğun, yəni əraziyə uyğun olan adlar seçilsin.
Misal olaraq B4 stansiyası yaxınlıqda Azərbaycan Tibb Universiteti yerləşdiyi üçün universitetin adını daşıya, "Koroğlu" metrosunun yaxınlığında Bakı Olimpiya stadionu olduğu üçün "Olimpiya" adı ilə əvəzlənə bilər. Dünya şəhərlərində buna oxşar stansiyalar mövcuddur.
![](https://baku.ws/storage/photos/uploads/thumbs/aspect/OB2x3KUSpRZ4aNb4GkBLdWWwGvREu9ZmASjcNXD9.webp)
Digər tərəfdən "Xalqlar dostluğu", "Ulduz" və "Bakmil" kimi stansiyaların adları da dəyişdirilə bilər. Fikrimcə, yenə də bu müsabiqə və sorğu əsasında cəmiyyətdən alınan rəylər əsasında ortaq məxrəcə gəlib yeni adlar qoyula bilər".
Orxan Hüseyn
Oxşar xəbərlər
Azərbaycanda bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək
Azərbaycanda təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilən şəxslərin siyahısı genişləndirilir. BAKU.WS xəbər verir ki, bununla bağlı "Təhsil haqqında...
![](/images/banners/placeholder_home_right_az.jpg)