Bu məktəbdə dərslər dəhlizdə keçirilir - Valideynlərdən ŞİKAYƏT
Yeniliklərdən dərhal xəbərdar olun
Yevlaxın Salahlı kəndində yerləşən orta məktəb qəzalı vəziyyətdədir.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, 400-dən çox şagirdin təhsil aldığı orta məktəbdə yaranmış vəziyyət valideynlərin narahtlığına səbəb olub.
Sakinlər bildirirlər ki, dam örtüyünün külək qoparan hissəsində yerləşən siniflər yağış yağan zaman su içində olur. Şagirdlərin rahat dərs keçməsi demək olar ki, mümkünsüzləşir. Təbiət hadisəsinin yaradığı fəsaddan sonra məktəbin 7 sinfi bağlanıb, şagirdlər dəhlizdə dərs keçmək məcburiyyətində qalıblar.
Salahlı kənd sakinləri küləkli, yağışlı havalarda uşaqlarını məktəbdən saxlamaq məcburiyyətində qalırlar. Onlar təhsil ocağında baş verə biləcək təhlükədən daha çox ehtiyat edərək belə addım atdıqlarını bildiriblər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...