Bu məişət texnikaları daha çox elektrik sərf edirmiş

Bu məişət texnikaları daha çox elektrik sərf edirmiş
Sosial 35

Mənzildə ən çox elektrik enerjisi sərf edən məişət avadanlıqlarından biri daim işləyən "isti döşəmə" sistemidir.

BAKU.WS xəbər verir ki, bu barədə kommunal təsərrüfat sahəsi üzrə ekspert Dmitri Bondar "aif.ru" saytına müsahibəsində bildirib.

Onun sözlərinə görə, xüsusilə soyuq mövsümdə isti döşəmə sistemi daha çox elektrik enerjisi sərf edir:

"Qızdırılan sahənin ölçüsündən asılı olaraq aktiv işləmə zamanı bu sistem saatda təxminən 1200 vatt elektrik enerjisi istifadə edə bilər. Əgər sistem "ağıllı" termoregulyatorla idarə olunmursa, gün ərzində sərf olunan enerji kifayət qədər böyük rəqəmlərə çata bilər".

Ekspert qeyd edib ki, yay mövsümündə isə ən çox elektrik sərf edən cihaz kondisioner olur. Orta gücə malik split-sistem (təxminən 1500 vatt) aktiv istifadə zamanı gündə 10-15 kVt·saat elektrik enerjisi sərf edə bilər.

Bondarın sözlərinə görə, bu göstərici müqayisə üçün təxminən paltaryuyan və ya qabyuyan maşının üç dəfə maksimum rejimdə işləməsinə bərabərdir.

Elektrik enerjisini daha çox sərf edən digər məişət cihazları arasında axarlı su qızdırıcısı və paltaryuyan maşın da var. Lakin paltaryuyan maşında enerji sərfiyyatı əsasən yüksək temperaturda yuma proqramı seçildikdə artır.

O izah edib ki, bir standart yuma dövründə paltaryuyan maşın 0,8-1,5 kVt·saat elektrik enerjisi sərf edir. Bu enerjinin təxminən 90 faizi barabanın fırlanmasına deyil, suyun qızdırılmasına sərf olunur. Bu səbəbdən mütəxəssis məsləhət görür ki, +90°C temperaturda yuma bahalı başa gəlir, halbuki +30°C temperaturda yuma daha qənaətlidir.

Son xəbərlər