Bu kateqoriyalı sürücülər üçün VACİB XƏBƏR

12
sen
2019
15:48
Azərbaycanda yerüstü nəqliyyatı idarə edən bəzi sürücülər üçün icbari formada keçirilən həkim müayinələrinin sayı artırılıb.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bununla əlaqədar Səhiyyə Nazirliyi Kollegiyası “İşçilərin icbari tibbi müayinələrinin keçirilməsi tələb olunan işlərin siyahısı”nda dəyişikliklər edilib.Bu dəyişikliyə uyğun olaraq, yerüstü nəqliyyatın idarə olunması ilə əlaqədar işlərdə çalışan şəxs 18 yaşından aşağı olduqda 2 ildə bir dəfə terapevt nevropatoloq, cərrah, psixiatr, narkoloq, endokrinoloq qəbulu ilə yanaşı, pediatr qəbulundan da keçməli olacaq.Qərara edilmiş digər dəyişikliklə yerüstü nəqliyyatın idarə olunması ilə əlaqədar işlərdə çalışan və “C”, “C1”, “CE” və “C1E”, “D”, D1”, “DE” və “D1E” kateqoriyası üzrə işləyənlər sadalananlarla yanaşı, 2 ildə bir dəfə oftalmoloq, otorinolarinqoloq müayinəsindən keçəcəklər.
Oxşar xəbərlər
Azərbaycanın daha bir bölgəsində tibbi sığorta tətbiq edildi
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyulun 5-də Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında sərə...
