Bu istiqamətdə sürət qatarına əlavə reyslər təyin edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatı ilə əlaqədar, 6-7 may tarixlərinə hər iki istiqamət üzrə əlavə qatar reysləri təyin edilib.
BAKU.WS “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir ki, Bakı Dəmiryol Vağzalından səhər saat 08:25-də yola düşən qatar Ağstafaya saat 13:20-də, Ağstafadan saat 15:30-da yola düşən qatar isə Bakı Dəmiryol Vağzalına saat 20:25-də çatacaq.
Xatırladaq ki, marşrut üzrə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan dörd vaqonlu, ikimərtəbəli sürətli sərnişin qatarı hərəkət edir. Qatarın ümumi sərnişin tutumu 364 yerdir.
Oxşar xəbərlər
ADY həftə sonu bu istiqamətlərə əlavə reys təyin etdi
“Azərbaycan Dəmir Yolları” QSC Bakı-Ağstafa-Bakı marşrutu üzrə sərnişin tələbatı ilə əlaqədar olaraq 29 və 30 aprel tarixlərinə əlavə qatar reysləri təyin edib....