"Bu iş o deyil ki, suvaqladın getdi" - Sürücüləri bəlaya salan məsələdə təqsirkar kimdir?
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda avtomobil çuxura düşüb. Hadisə paytaxtın Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində qeydə alınıb. Ərazidə "Azəriqaz" İstehsalat Birliyi tərəfindən qazıntı işləri aparılıb.
Burada maneələr qoyulmadığı üçün avtomobil çuxura düşüb. Nəqliyyat üzrə ekspert Elməddin Muradlının sözlərinə görə, bu məsələdə aidiyyəti qurum tərəfindən yol hərəkəti və təhlükəsizlik qaydaları pozulub:
"Belə olan halda zərərçəkən vətəndaş haqlı olaraq məhkəməyə müraciət edərək, ona dəymiş ziyanı "Azəriqaz"dan tələb edə bilər. Bu qanunvericilikdə də öz əksini tapıb".
Hadisə ilə bağlı "Azəriqaz" İB-dən bildirilib ki, əməkdaşlar işlərini bitirdikdən sonra gecə saatlarında həmin ərazidəki qazılmış yerlərin doldurulmasını tamamlayıblar: "Bu baxımdan baş verən olayın qurumla bir əlaqəsi yoxdur".
Mövzu ilə bağlı daha ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...