Bu il 600 kəndi birləşdirəcək 2000 km-dən çox avtomobil yolu çəkiləcək
24
noy
2018
15:53
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində 2018-ci ilin 9 ayının yekunlarına və qarşıda duran vəzifələrin icrasına həsr olunan iclas keçirilib.BAKU.WS-in məlumatına görə, tədbirdə çıxış edən Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov 2018-ci ilin 9 ayı ərzində Prezident İlham Əliyevin birbaşa dəstəyi, qayğısı nəticəsində respublikanın avtomobil yollarının inkişafı istiqamətində çox mühüm layihələr həyata keçirildiyini və bir sıra nailiyyətlər əldə edildiyini qeyd edib. O, ölkə başçısının sədrliyi ilə 2018-ci il 10 yanvar tarixində keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin cari ildə Agentlik qarşısında ən azı 600 kəndi birləşdirəcək 2000 km-dən çox avtomobil yolu çəkilməsi kimi çox məsuliyyətli tapşırıq qoyduğunu deyib.S.Məmmədov qeyd edib ki, Prezidentin tapşırığının icrası ilə əlaqədar olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2018-ci il üçün tərtib edilmiş Tədbirlər Planına əsasən, uzunluğu 452,1 km olan respublika əhəmiyyətli 12, Bakı şəhəri üzrə uzunluğu 107,8 km olan 13 və uzunluğu 1534,9 km olan 67 kəndlərarası avtomobil yolu və 2 körpünün bərpası, Sumqayıt şəhərində 2 prospekt və 2 küçənin yenidən qurulması nəzərdə tutulur. Bu isə 702 yaşayış məntəqəsində yaşayan 2,7 milyon nəfər əhalinin 2050 km uzunluğunda rahat avtomobil yollarından istifadə edilməsinin təmin edilməsi deməkdir.BAKU.WS
Oxşar xəbərlər
Prezident nazirləri toplayıb iclas keçirdi
İyulun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının ye...