Bu il 1-ci sinfə gedən uşaqların aqibətinə aydınlıq gətirildi- RƏSMİ AÇIQLAMA - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Şəhəri üzrə Təhsil İdarəsi 4-cü İslam Həmrəyliyi Oyunlarının paytaxt məktəblərində dərslərə təsir edib-etməyəcəyi məsələsinə aydınlıq gətirib.
Xezerxeber.az-ın məlumatına görə, idarənin müdiri Məhəbbət Vəliyeva bildirib ki, rəhbərlik etdiyi qurum oyunların keçirildiyi müddətdə dərs prosesinin pozulmamasına çalışacaq.
Məhəbbət Vəliyeva həmçinin 1-ci sinfə qəbulla bağlı məsələyə də aydınlıq gətirib. Onun sözlərinə görə, bu il 1-ci sinfə gedən uşaqların heç biri təhsildən kənarda qalmayacaq. Yaşadığı ərazidən asılı olmayaraq uşaqların hər biri tədrisə cəlb olunacaq.
İdarə müdiri dünən iki məktəbdə baş vermiş zəhərlənmə hadisəsinə də toxunaraq bildirib ki, hər iki faktla bağlı məktəblərə göstərişlər verilib və lazımi işlər görüləcək.
Məhəbbət Vəliyevanın sözlərinə görə, direktorların işə qəbulu ilə bağlı isə hər hansı bir yenilik yoxdur. Köhnə qaydalar əsasında onlar təlimlərdə iştirak etməli və daha sonra müsahibə mərhələsinə baş vurmalıdırlar. Həmçinin idarə müdiri bildirib ki, aparılan islahatlar nəticəsində bölgələrdə saxta diplomlu müəllimlərə rast gəlinsə də, paytaxtda belə hallar qeydə alınmayıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
BAKU.WS
Oxşar xəbərlər
Birinci sinfə qəbul üzrə 37 minə yaxın sorğu yerləşdirilib
Elektron sistem vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 37 000-ə yaxın sorğu yerləşdirilib. Bakı Təhsil İdarəsindən APA-ya verilən məlumata görə,...