Bu halda 2000 manatadək cərimə yazıla bilər - YENİ QƏRAR
Yeniliklərdən dərhal xəbərdar olun
Avtomobil yollarında nişanlama xətləri və yol hərəkətinin təşkilinin digər texniki vasitələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı olmadan tətbiq edənlər də cərimələnəcək.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir.
Layihəyə əsasən, bu xətanı törədən fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə ediləcək.
Qüvvədə olan Məcəlləyə əsasən, indiyə qədər yalnız müvafiq icazə olmadan yol hərəkətini nizamlayan texniki vasitələrin, svetoforların və yol nişanlarının quraşdırılmasına görə fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilib.
Oxşar xəbərlər
"İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun təsdiqlənib
Prezident İlham Əliyev "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanunu təsdiq edib. BAKU.WS xəbər verir ki, qanun Azərbaycan Respu...