Bu gündən psixoloqların diaqnostik qiymətləndirilməsinə başlanılır

Bu gündən psixoloqların diaqnostik qiymətləndirilməsinə başlanılır
Sosial 304

Bu gündən etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə başlanılır.

Təhsil Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, diaqnostik qiymətləndirmə bu ilin 24-28 dekabr tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetinin 2 saylı tədris binasında keçiriləcək.

Test imtahanında namizədlərə 90 dəqiqə ərzində psixologiya üzrə 60 test tapşırığı təqdim olunacaq.

Hər düzgün cavab 1 balla qiymətləndiriləcək. İmtahana gələn namizədlərdən şəxsiyyəti təsdiq edən sənədin əsli tələb olunacaq.

Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin keçirilmə tarixi barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Oxşar xəbərlər

Yanvarın 1-dən müəllimlərin maaşları artacaq (RƏSMİ)

Yanvarın 1-dən müəllimlərin maaşları artacaq (RƏSMİ)

“2017-ci il yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan 38 minə yaxın müəllimin əməkhaqqı artırılıb. Bu artım ötən ilin noyabr-dekabr aylarında ö...

1881 Sosial 15:13 06 sentyabr 2017

Son xəbərlər