Bu gündən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılır

Aprelin 25-dən etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılır. Müsabiqə qaydalarına əsasən, vakansiya seçimi ilkin olaraq şəhid ailəsi üzvləri üçün aktivləşdiriləcək.
BAKU.WS xəbər verir ki, təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən AZƏRTAC-a bildirilib ki, müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi təsdiq olunmuş şəhid ailəsi üzvləri 25 aprel saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq müvafiq vakant yer seçimi edə bilərlər. İlkin vakansiya seçimi 27 aprel saat 11:00-dək davam edəcək.
Növbəti mərhələdə isə digər müsabiqə iştirakçıları üçün vakansiya seçimi mərhələsi həyata keçiriləcək və bu barədə ictimaiyyətə məlumat veriləcək.

Oxşar xəbərlər
Mənzil arzusunda olanlar üçün əla təklif - Metroya yaxın 2 otaq studiya mənzillər satışa çıxdı
Mənzil sahibi olmaq istəyənlər üçün gözlənilən fürsət! "Highland Residence"də 2 otaq studiya, tam təmirli yenimənzillər satışa çıxdı! Həm də faizsiz, daxili kr...