Bu gündən “Gənclik” metro stansiyasının vestibülü açıq olacaq

Bu gündən metronun “Gənclik” stansiyasının vestibülü səhər pik saatlarda da ödəmə terminallarından istifadə üçün açıq olacaq.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə məlumat verilib.
Məlumatda bildirilir ki, sərnişinlər saat 06:30-dan saat 12:00-dək “Gənclik” metro stansiyasının vestibülündəki ödəmə terminallarından istifadə edə biləcəklər.
Sərnişinlərdən vestibüllərdə maskadan istifadə etmələrini və sosial məsafəni gözləmələrini xahiş edirik. Tövsiyə edirik ki, “BakıKart”ın balansını artırmaqla bağlı işlərini planlı qursunlar.
Əvvəlcədən tədbirli davranış lüzumsuz vaxt itkisinə məruz qalmamaq, eləcə də pandemiya dövründə yoluxma riskini minimuma endirmək baxımından əhəmiyyətlidir.

Oxşar xəbərlər
Bakıda sərnişin avtobusları ilə bağlı yeni təklif hazırlanıb
Ölkəmizdə koronavirus pandemiyası ilə mübarizədə sistemli işlər görülür. Dövlət tərəfindən tətbiq edilən profilaktik və preventiv tədbirlər sayəsində son vaxtla...