Bu gündən ali məktəblərə qeydiyyat başlayır
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gündən ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin təhsil müəssisələri üzrə onlayn qeydiyyatına başlanılır.
Təhsil Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, tələbə adını qazanan şəxslər sentyabrın 20-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.
Abituriyentin müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.
Oxşar xəbərlər
Universitetlərin boş qalan yerlərinə və kolleclərə ixtisas seçimi başlanıb
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi başla...