Bu gündən 20 ölkənin vətəndaşlarının Azərbaycana giriş-çıxışına icazə verilib - SİYAHI
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gündən hava nəqliyyatı vasitəsilə 20 ölkənin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycana giriş-çıxışına icazə verilib.
BAKU.WS-in məlumatına görə, həmin şəxslər COVID-19 pasportu və 72 saat ərzində verilən COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında Azərbaycan gəlib-gedə biləcəklər.
Vətəndaşlarının Azərbaycana giriş-çıxışına icazə verilən ölkələrin siyahı:
1. Almaniya Federativ Respublikası;
2. Avstriya Respublikası;
3. Belçika Krallığı;
4. Çexiya Respublikası;
5. Danimarka Krallığı;
6. İrlandiya Respublikası;
7. İspaniya Krallığı;
8. İsveç Krallığı;
9. İsveçrə Konfederasiyası;
10. Kanada;
11. Lüksemburq Böyük Hersoqluğu;
12. Malta Respublikası;
13. Niderland Krallığı;
14. Polşa Respublikası;
15. Portuqaliya Respublikası;
16. Serbiya Respublikası;
17. Sinqapur Respublikası;
18. Slovakiya Respublikası;
19. Sloveniya Respublikası;
20. Yunanıstan Respublikası.
Oxşar xəbərlər
Vaksin olunanlar Türkiyə və Gürcüstana test vermədən gedəcək
Ötən il yay mövsümündə pandemiya səbəbindən ölkədən kənarda dincələ bilməyənlər bu il onun əvəzini çıxarmağa çalışırlar. Artıq Azərbaycanda olduğu kimi, bir çox...