Bu gün və sabah GEOMAQNİT QASIRĞASI GÖZLƏNİLİR

"Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir"
BAKU.WS xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrası məlumat yayıb.
Qeyd olunub ki, noyabrın 28-29-da Günəşdə baş verəcək alışmalar hesabına Yerdə geomaqnit qasırğası gözlənilir.
"Günəş aktivliyinin orta-yüksək səviyyədə qalacağı, M sinif (R1-R2-minor-radiodalğaların yayılmasını zəif əngəlləyə bilən), eləcə də izolə olunmuş X sinif (R3 - güclü) alışmaların ola biləcəyi proqnozlaşdırılır. Tac dəliklərindən çıxan yüksək sürətli axınların təsiri nəticəsində geoaktivlik və Günəş küləyi parametrləri yüksək səviyyədə olacaq.

Noyabrın 28-də gecə saatlarından başlayaraq 29-u saat 12:00-dək G1 (mülayim) - G2 (orta) səviyyəli geomaqnit qasırğası gözlənilir. Həmin dövrdə geomaqnit qasırğasının gücünü göstərən Kp əmsalı 10 ballıq şkala ilə 4-6 intervalında olacaq.
Noyabrın 29-u axşam saat 18.00-dan sonra geomaqnit səviyyə normal fon səviyyəsinə düşəcək", - deyə məlumatda bildirilir.

Oxşar xəbərlər
Düşüncə gücü və manifestlə arzu tutanda reallaşır?
Ev almaq istəyirsiniz, amma pulunuz yoxdur. Əvvəlcə necə ev almaq istədiyinizi düşünün. Gedin, gəzin, baxın, hətta əmlakçılarla bazarlıq edin və o evin sizin ol...