Bu gün şəhid Cəbrayıl Dövlətzadənin doğum günüdür
Bu gün Vətən müharibəsinin ən gənc şəhidlərindən olan Cəbrayıl Dövlətzadənin doğum günüdür.
Vətən müharibəsinin qəhrəmanlarından olan gənc 2001-ci ilin bu günü, yəni sentyabrın 11-də Sumqayıtın Corat qəsəbəsində anadan olub.
Qəhrəmanımız 2019-cu ilin oktyabrından Sərhəd Qoşunlarının sıralarında Cəlilabad rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçib.
Cəbrayıl Dövlətzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə xüsusi təyinatlıların tərkibində savaşıb.
O, sentyabrın 28-də Murovdağ döyüşləri zamanı Kəlbəcər rayonu ərazisində şəhidlik zirvəsinə ucalıb. İgid Vətən oğlu öz idealı, mərhum general mayor Polad Həşimovun yaxınlığında, İkinci Fəxri xiyabanda sentyabrın 29-da torpağa tapşırılıb.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Cəbrayıl Dövlətzadə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.
Oxşar xəbərlər
Olimpiya stadionunun yaxınlığında su altında qalan şarj məntəqələri: 17 cihazdan yalnız ikisi işlək vəziyyətdədir
17 elektrikdoldurma cihazından yalnız ikisi işlək vəziyyətdədir, 15-i suyun altında qalaraq xarab olub... BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət B...