Bu gün Bakının 10 rayonu və Abşerona içməli suyun verilib-verilməyəcəyi bilinmir - AÇIQLAMA

Bu gün Bakının 10 rayonu və Abşerona içməli suyun verilib-verilməyəcəyi bilinmir - AÇIQLAMA
Sosial 3146

Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə bağlı artıq üçüncü gündür ki, Bakının 10 rayonunda və Abşeronda içməli suyun verilməsində fasilə yaranıb.

Oxu.Az xatırladır ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin rəsmi məlumatında bildirilirdi ki, avqustun 19-u səhər başladılan təmir-bərpa işləri avqustun 20-si axşam saatlarında yekunlaşacaq və avqustun 21-dən suyun əvvəlki rejimlə verilməsi təmin olunacaq.

Bu gün paytaxtda içməli suyun əvvəlki rejimlə verilməsinin təmin olunub-olunmayacağı ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladıq.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirdi ki, suyun bu gün verilib-verilməyəcəyi hələ ki dəqiq deyil:

"Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə əlaqədar hazırda hadisə yerində təmir-bərpa işləri davam edir. İntensiv, sürətli, fasiləsiz təmir işləri aparılır. Suyun tezliklə əvvəlki rejimlə bərpası üçün səfərbər rejimdə fəaliyyət göstərilir".

Bu gün Bakının 10 rayonu və Abşerona içməli suyun verilib-verilməyəcəyi bilinmir - AÇIQLAMA

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər