Bu gün məktəblərdə həftənin 5-ci gününə aid dərslər tədris olunacaq

Bu gün məktəblərdə həftənin 5-ci gününə aid dərslər tədris olunacaq
Sosial 189

Bu gün məktəblərdə həftənin 5-ci gününə aid dərslər tədris olunacaq.

BAKU.WS xatırladır ki, Baş nazir Əli Əsədovun qərarına əsasən, 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.

Bu səbəbdən aprelin 1-i təhsil müəssisələrində həftənin 5-ci gününə aid dərslər tədris ediləcək.

Qeyd edək ki, bu gün Azərbaycanda Novruz və Ramazan bayramları ilə əlaqədar 12 günlük tətil başa çatıb. Ölkə ərazisində 20-31 mart tarixlərində qeyri-iş günləri idi.

Novruz bayramı ilə əlaqədar 20-26 mart qeyri-iş günü hesab edilib. Martın 30-31-də isə Azərbaycanda Ramazan bayramı qeyd olunub.

Oxşar xəbərlər

Bu bürclərə hamının yazığı gəlir

Bu bürclərə hamının yazığı gəlir

Astrologiya mütəxəssislərinin fikrincə, bəzi bürclər həssas və empatik xarakterləri ilə seçildikləri üçün ətrafdakılarda onlara qarşı yazıq hissi oyadır. BAKU.W...

163 Sosial 21:32 04 dekabr 2025

Son xəbərlər