Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?
Sosial 1042
 

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 27-31, Bakıda gecə 21-23, gündüz 28-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Noxvanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında gecə və axşambəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, havanın gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 16-21 dərəcə isti olacaq.

BAKU.WS

Oxşar xəbərlər

Dəhşətli istilər gəldi

Dəhşətli istilər gəldi

Sabah havanın maksimum temperaturu 42 dərəcə olacaq Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hi...

2210 Şou-biznes 13:06 17 iyul 2016

Son xəbərlər