Bu gün güclü isti gözlənilir - XƏBƏRDARLIQ
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda və Abşeron yarımadasında bu gün hava şəraiti yağmursuz keçəcək.
Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında zəifləyəcək.
Havanın temperaturu gecə 21-25° isti, gündüz 33-38° isti olacaq. Bakıda gecə 22-24° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 50-55% olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-39°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 8-13° isti, gündüz 25-29° isti olacaq.
Oxşar xəbərlər
İstirahət və bayram günlərinin hava proqnozu
İstirahət və bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə bildirilib ki, aprelin 30-u gündüz, mayın 01-də...