Bu gün eynəkləri TƏHLÜKƏLİDİR

Bu gün eynəkləri TƏHLÜKƏLİDİR
Sosial 63

Xarici görünüşü estetik ola da, bəzi gün eynəkləri sağlamlıq üçün olduqca böyük təhlükə yaradır. Bunlara əsasən qiyməti ucuz və səyyat satış arabalarında alıcılara təqdim edilən eynəklər daxildir. Bu cür eynəklər sağlamlıq baxımından  ciddi risklər yaradır.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, onun zərərləri əsasən aşağıdakılardır:

UV qorumasının olmaması

Ucuz eynəklər çox vaxt UV (ultrabənövşəyi) filtrlə təchiz olunmur. Gözlər günəş işığının tərkibindəki UV şüalarına uzun müddət məruz qalarsa katarakta (göz büllurunun bulanması), retina zədələnməsi, fotokeratit (gözün "günəş yanıqları") riski artır. Tünd şüşələr göz bəbəyini daha da genişləndirir, əgər UV qoruması yoxdursa, gözə daha çox zərərli şüa daxil olur.

Keyfiyyətsiz optika və bulanıq görüntü

Ucuz materialdan hazırlanmış linzalar görüntünü təhrif edə bilər. Göz yorğunluğu və baş ağrısı yarada bilər. Fokuslama problemi ilə nəticələnə bilər.

Göz və dəri allergiyaları

Keyfiyyətsiz plastik və boya materialları gözətrafı dəriyə allergik reaksiya verə bilər. Göz yaşarması və qızartı yaradır. Ucuz eynəklər tez sınır, düzgün oturmur. Bu da avtomobil idarə edərkən və ya idmanla məşğul olarkən təhlükə yarada bilər.

UV400 qoruması olan eynəklər alın. Bu, 100% UVA və UVB şüalarını filtr edir. Sertifikatlı, tanınmış markalardan almağa çalışın. Əgər büdcəniz azdırsa, keyfiyyətli, amma brendsiz sertifikatlı məhsullara üstünlük verin.

Son xəbərlər