Bu gün Bakı və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Bakının Yasamal və Xətai rayonlarının, eləcə də Abşeronun Mazasır qəsəbəsinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
BAKU.WS xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakı və Abşeronda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrində təmir işləri həyata keçiriləcək.
Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən Abbas Mirzə Şərifzadə, Tağı Şahbazi küçələri və İkinci Alatava yaşayış massivinin bir hissəsində Transformator Məntəqəsində (TM) görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Xətai RETSİ-yə daxil olan Kazımağa Kərimov küçəsində saat 10:00-dan 15:00-dək 10 kV-luq elektrik verilişi xəttində aparılacaq təmir işləri ilə əlaqədar enerjinin verilişi müvəqqəti dayandırılacaq.
Abşeron RETSİ ərazisində yerləşən 110/35/10 kV-luq "Masazır" yarımstansiyasında yenidənqurma işləri icra olunacaq. Planlı fasilə saat 01:00-dan 03:00-dək Mazasır qəsəbəsi Heydər Əliyev, Zərifə Əliyeva, Rafiq Dünyamalıyev, Əliağa Vahid küçələrinin bəzi ərazilərini əhatə edəcək.
Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...