Bu gün 1 şəhər və 4 rayonda qaz kəsiləcək

Bu gün 1 şəhər və 4 rayonda qaz kəsiləcək
Sosial 112

Bu gün 1 şəhər və 4 rayonun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, payız-qış mövsümünə hazırlıqla bağlı “Mingəçevir 1-ci xətt”, "İmişli-1" və "İmişli-2” qaz ölçü qovşaqlarından qidalanan qaz təchizatı şəbəkəsində, həmçinin “Qax” QPS-də görüləcək profilaktik sazlama və quraşdırma işləri ilə əlaqədar iyunun 23-də saat 09:00-dan işlər başa çatanadək qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə İmişli və Qax rayonlarının, eləcə də Mingəçevir şəhərinin tam olaraq, Yevlax və Saatlı rayonlarının isə kiçik bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Oxşar xəbərlər

Əhalinin DİQQƏTİNƏ! 3 rayonda qaz olmayacaq

Əhalinin DİQQƏTİNƏ! 3 rayonda qaz olmayacaq

Bu gün Şamaxı, Xızı və Qobustan rayonlarının qaz təchizatında fasilə yaranacaq. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azə...

247 Sosial 09:23 04 aprel 2023

Son xəbərlər