Bu ərazilərdə yeni avtobus dayanacaqları quraşdırılacaq - SİYAHI
Bakı şəhəri və ölkənin müxtəlif regionlarında sərnişinlərin avtobus gözləməsi üçün yeni dayanacaq pavilyonları quraşdırılacaq.
BAKU.WS-in Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) əldə etdiyi məlumata görə, yeni dayanacqların quraşdırılması 3 milyon 654 min manata başa gələcək.
Layihə çərçivəsində paytaxtda, eləcə də Xızı–Abşeron, Gəncə–Daşkəsən–Qazax, Qarabağ və Şərqi Zəngəzur, Quba–Xaçmaz, Dağlıq Şirvan, Şəki–Zaqatala, Lənkəran–Astara, Şirvan–Salyan, Mil–Muğan, Mərkəzi Aran bölgələri və Naxçıvan Muxtar Respublikasında yeni dayanacaq pavilyonları quraşdırılacaq.
Məlumata görə, ən çox dayanacaq Bakı və Xızı–Abşeron ərazisində yerləşdiriləcək. Bu istiqamət üzrə ümumilikdə 142 pavilyon nəzərdə tutulur. Naxçıvan Muxtar Respublikasında 80, Quba–Xaçmaz və Dağlıq Şirvan bölgəsində 22, Lənkəran–Astara ərazisində 11, Mərkəzi Aran rayonlarında 11, Şəki–Zaqatala bölgəsində 10, Gəncə–Daşkəsən–Qazax bölgəsində 10, Qarabağ və Şərqi Zəngəzur regionunda 8, Şirvan–Salyan və Mil–Muğan ərazilərində isə 6 yeni dayanacaq pavilyonunun quraşdırılması planlaşdırılır.
Qeyd edək ki, layihənin icrası sərnişinlər üçün daha rahat və təhlükəsiz gözləmə şəraitinin yaradılmasına, eyni zamanda ictimai nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına xidmət edəcək.
Oxşar xəbərlər
Metrodan istifadə edəcək şəxsləri SEVİNDİRƏCƏK XƏBƏR
Şəhər nəqliyyatının yenilənməsi təkcə yeni qatarların alınması demək deyil, bu həm də sərnişinlərin gündəlik rahatlığına, təhlükəsizliyinə və vaxtına birbaşa tə...