Bu ərazidə binalar TƏMİR EDİLƏCƏK

Bu ərazidə binalar TƏMİR EDİLƏCƏK
Sosial 337

Tərtər Rayon İcra Hakimiyyəti şəhərdə bir sıra təmir işlərinin aparılması məqsədilə tender elan edib.

BAKU.WS-in məlumatına görə, layihənin ümumi dəyəri 1 milyon 258 min manat olaraq müəyyənləşdirilib.

Tender çərçivəsində Tərtər şəhərinin Cavanşir küçəsi və Elman Səfərov küçəsində müxtəlif təmir-bərpa işləri görüləcək.

Bu layihənin icrası nəticəsində Tərtər şəhərinin bir sıra küçələrində binaların daha möhkəm və estetik görünüşə qovuşacağı, sakinlər üçün daha rahat yaşayış mühitinin təmin ediləcəyi gözlənilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər