Bu çay üzərində 600 metrlik mühafizə divarı tikiləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda Vəlvələçay ətrafında mühafizə tədbirlərinin həyata keçirilməsi ilə bağlı yeni layihə icra olunacaq.
BAKU.WS-in məlumatına görə, layihəni Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti icra edəcək.
Məqsəd çay ətrafında sahilbərkitmə işlərinin aparılması, ərazinin daşqın və eroziyadan qorunmasıdır. Bu çərçivədə çay boyunca 600 metr uzunluğunda beton mühafizə divarının tikilməsi nəzərdə tutulur.
Layihənin ümumi dəyəri təxminən 1 milyon 401 min manat təşkil edir. Bu cür layihələr çay kənarında yerləşən ərazilərin təhlükəsizliyinin artırılması, torpaq sürüşmələrinin və daşqın riskinin azaldılması baxımından mühüm əhəmiyyət daşıyır.
Oxşar xəbərlər
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Noyabr 2-də Azərbaycanın magistral avtomobil yollarında gözlənilən hava şəraiti açıqlanıb. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti mə...