Bu bölgədə ətin qiyməti BAHALAŞDI
İsmayıllı rayonunda son bir ay ərzində ətin qiyməti orta hesabla iki manat artıb.
BAKU.WS xəbər verir ki, satıcıların sözlərinə görə, qiymətlərin qalxmasına əsas səbəb rayonda heyvanların sayının azalması və yem-otun bahalaşmasıdır.
Onların fikrincə, bu bahalaşma təkcə alıcılara deyil, həm də satıcılara mənfi təsir göstərib. Əvvəllər gün ərzində 80-100 kiloqram ət sata bildikləri halda, indi 40-50 kiloqram satış olur.
Alıcılar da qiymət artımından narazıdırlar.
Məsələ ilə bağlı İsmayıllı Rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə verilən açıqlamada bildirilib ki, bazar qiymətlərinə müdaxilə qurumun səlahiyyətlərinə daxil deyil.
Qiymət artımı bazar münasibətləri əsasında formalaşır və dövlət qurumlarının bu prosesə təsir imkanı məhduddur.
Oxşar xəbərlər
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür
Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. BAKU.WS xatırladır ki, bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9...