Bu ayın müavinət, təqaüd, ünvanlı yardımları nə vaxt ödənəcək?

Bu ayın müavinət, təqaüd, ünvanlı yardımları nə vaxt ödənəcək?
Sosial 437

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən ölkənin digər bölgələri üzrə mart ayının pensiyalarının, həmçinin qulluq stajına görə əlavələr alan pensiyaçıların pensiyalarının martın 15-də ödənilməsi nəzərdə tutulur.

Bu barədə BAKU.WS-ə nazirlikdən xəbər verilib.

Bildirilib ki, Novruz bayramı ilə əlaqədar mart ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının da qrafikdən əvvəl olmaqla bayram ərəfəsində, yəni martın 17-də tam ödənilməsi planlaşdırılır.

Bu məqsədlə DSMF müvafiq maliyyələşdirmənin təmin edilməsi istiqamətində hazırlıq işləri aparır.

Qeyd edək ki, martın 7-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə mart ayının pensiyaları artıq verilib.

Oxşar xəbərlər

Sosial yardımlar Novruz bayramına qədər ödənəcək - RƏSMİ AÇIQLAMA

Sosial yardımlar Novruz bayramına qədər ödənəcək - RƏSMİ AÇIQLAMA

Novruz bayramı ilə əlaqədar mart ayının bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının da qrafikdən əvvəl olmaqla bayrama qədər ödənilməsi planla...

113 Sosial 11:11 15 mart 2022

Son xəbərlər