Bu ay Azərbaycana gələn Çin vətəndaşlarının sayı açıqlanıb - STATİSTİKA

Bu ay Azərbaycana gələn Çin vətəndaşlarının sayı açıqlanıb - STATİSTİKA
Sosial 1438

“Bu il yanvar ayının 1-dən Azərbaycana gələn, ölkədə 15 gündən artıq qanuni əsaslarla olan və yaşayan Çin Xalq Respublikası vətəndaşlarının sayı 79 nəfərdir”.

BAKU.WS xəbər verir ki, bunu “Report”un sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətinin (DMX) İctimaiyyətlə Əlaqələr idarəsinin rəisi Elnur Kələntərli deyib.

E.Kələntərlinin sözlərinə görə, həmin şəxslər olduğu yer üzrə qeydiyyata alınan, müvəqqəti olma müddəti uzadılan, o cümlədən müvəqqəti və ya daimi yaşama icazəsi alan əcnəbilərdir.

DMX rəsmisi xatırladıb ki, ölkəyə gələn əcnəbilər əsasən Avropa və MDB dövlətlərinin vətəndaşlarıdır: “Bununla yanaşı, ölkəmizə dünyanın bütün qitələrindən gələnlər var”.

Oxşar xəbərlər

Azərbaycanda boşanmaların sayı artıb - Statistika açıqlandı

Azərbaycanda boşanmaların sayı artıb - Statistika açıqlandı

Bu ilin 10 ayında ölkədə 46 403 ölüm halı qeydə alınıb. BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirili...

315 Sosial 10:43 18 dekabr 2019

Son xəbərlər