Azərbaycanda boşanmaların sayı artıb - Statistika açıqlandı

Bu ilin 10 ayında ölkədə 46 403 ölüm halı qeydə alınıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.
Hesabata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9-dan 5,6-ya düşüb.
Bundan başqa, bu ilin yanvar-oktyabr aylarında qeydiyyat şöbələri tərəfindən 51735 nikah və 14281 boşanma halları qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 6,2-dən 6,3-ə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.
Bu ilin yanvar-oktyabr ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 1693 nəfər gələn, Azərbaycandan isə 1354 nəfər gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 339 nəfər təşkil edib.
Oxşar xəbərlər
Bu il evlənənlərin sayı çoxalıb
2018-ci ilin altı ayı ərzində Azərbaycanda əhalinin sayı 10 milyona çatır.BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Verilən mə...
