Bu apteklərin çoxunda narkotik tərkibli dərmanlar satılır - Rəşid Mahmudov

Bu apteklərin çoxunda narkotik tərkibli dərmanlar satılır - Rəşid Mahmudov
Sosial 109

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında çıxışı zamanı Azərbaycanda fəaliyyətdə olan apteklərin sayının həddən çox olduğunu deyib.

Sədr bildirib ki, dünyanın heç bir ölkəsində bu qədər aptek yoxdur:

"Hər addımda aptek görürük. Məsələn, bir binanın altında bir neçə aptek fəaliyyət göstərir. Həmin apteklərin fəaliyyətinin nə dərəcədə qanunauyğun olub-olmadığını bilmirəm".

Sədr əczaçılıq sahəsində kifayət qədər çatışmazlıqların olduğunu xatırladıb: "Seçicilərlə görüş zamanı hətta dərmanların keyfiyyəti, əlçatanlıq və qiymətlə bağlı müraciətlər olur".

Tibb elmlər namizədi Rəşid Mahmudov Qaynarinfo-ya açıqlamasında həmin apteklərin əksəriyyətində narkotik tərkibli dərmanların satıldığını vurğulayıb:

"Əhliman müəllim düz deyir, bu böyük problemdir və hamını narahat edir. Bu gün aptekləri sahələrə görə bölmək lazımdır. Onları sahələrə böldükdən sonra əksəriyyətini bağlamaq lazımdır. Onların çoxunda narkotik tərkibli dərmanlar satılır".

Rəşid Mahmudov narkotik dərmanların ayrı satılmasını təklif edir:

"Bu cür dərmanlar ayrı satılmalıdır. Olmaz, bu cür dərmanları satan apteklər bağlanmalıdır".

Son xəbərlər