BTQ vasitəsilə sərnişin daşınacaq? - RƏSMİ AÇIQLAMA
"Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə sərnişin daşınmasına dair konkret plan mövcud deyil".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov bildirib.
O, qeyd edib ki, layihə regional və beynəlxalq logistika baxımından strateji əhəmiyyət daşıyır, yalnız iştirakçı ölkələr üçün deyil, Çin və Avropa arasında uzanan geniş marşrut üzrə bütün tərəfdaşlar üçün yeni imkanlar yaradır:
"İlkin mərhələdə sərnişin daşımaları nəzərə alınaraq planlaşdırılsa da, hazırda ölkələr arasında bu istiqamətdə konkret plan mövcud deyil".
Oxşar xəbərlər
AYNA: 130, 142, 500, 503 və 508 nömrəli marşrutlar "Şamaxinka"da dayanmayacaq
Azərbaycanda bəzi marşrutlar "Şamaxinka" dayanacaq məntəqəsindən çıxarılır. Bu barədə BAKU.WS-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüs...