Britaniyada yaşayan şəxsə 190 manat verilməsinə - AYDINLIQ GƏTİRİLDİ - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkədə xaricdə yaşayan Azərbaycan vətəndaşlarından birinə 190 manat yardım ayrılması barədə məlumat yayılıb.
BAKU.WS xəbər verir ki, həmin şəxsin Böyük Britaniyada 3 ildən çox yaşamasına baxmayaraq ona sosial yardım ayrılması geniş müzakirələrə səbəb olub.
Məsələnin ictimailəşməsindən sonra səlahiyyətli şəxs xaricdə yaşayan vətəndaşa 190 manatın necə ayrılmasına aydınlıq gətirib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov BAKU.WS-ə bildirib ki, bu cür paylaşımlar mühüm sosial proqramın icrasına kölgə salmaq xarakteri daşıyır:
"Emil Əmiraslanov 2017-ci ilin aprel ayında Binəqədi rayon Məşğulluq Mərkəzinə müraciət edərək işaxtaran, daha sonra işsiz kimi qeydiyyata alınıb. Birdəfəlik ödəmə təyin olunarkən isə aprelin 1-dək işsiz kimi qeydiyyata alınmış şəxslərə onlar müraciət etmədən ödəmə təyinatı aparılıb. Əlavə olaraq da deyim ki, vətəndaş xaricdə olduğuna görə həmin ödəməni əldə edə bilməyəcək".
Oxşar xəbərlər
190 manat verilməsinə imtina edilənlərlə bağlı RƏSMİ AÇIQLAMA
E-sistemdə aktiv əmək müqaviləsi bildirişi olan 320 min şəxsə birdəfəlik ödəmə verilməsindən imtina edildi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən BAKU...