İbrahim Məmmədov bankdan vətəndaşlara göndərilən kredit SMS-lərindən danışdı

08
apr
2020
18:45
"Dövlətin sosial dəstəyi elə bu krediti olan şəxslərə yardım olunması deməkdir".
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə qurumun mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov karantin müddətində banklardan vətəndaşlara gələn kredit mesajları ilə bağlı suala cavab verərkən bildirib.
O qeyd edib ki, kreditlərdə güzəşt edilməsi müzakirə mövzusu deyil: "Mikro, kiçik və orta sahibkarlar kredit alıblar. O adamlara dəstək göstəriləcək və onların kredit ödəmə qabiliyyəti saxlanılacaq".
Oxşar xəbərlər
İlham Əliyev əfv sərəncamı imzaladı
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. "BAKU.WS xəbər verir ki, sərəncam dünyada koronavirus (COVİ...