Böyük onkoloji klinikanın fəaliyyəti dayanmaq üzrədir - Deputat AÇIQLADI

Böyük onkoloji klinikanın fəaliyyəti dayanmaq üzrədir - Deputat AÇIQLADI
Sosial 274

“Mən hər dəfə Azərbaycanda onkoloji xəstəliklərin müalicəsinə büdcədən ayrılan vəsaitin artırılması məsələsini qaldırıram”.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitənin sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, 10 ildir büdcədən ayrılan vəsait 42 milyon manatdır və artmır: “Bu gün ölkədə böyük onkoloji klinikanın fəaliyyəti dayanmaq üzrədir. Çünki artıq oradakı avadanlıqların istifadə müddəti bitir. 10-15 ildir həmin avadanlıqlar dayanmadan işləyir. Amma büdcə müzakirələrində mən bu məsələni qaldıranda deyirlər, dürüstləşmədə baxılacaq və s.

Amma bu vəsait artmır. Digər tərəfdən, büdcədən vəsaitin artması ilə bu problemin həlli mümkün deyil. Bunun həlli onkoloji xəstəliklərin müalicəsinin də icbari tibbi sığorta vasitəsilə qarşılanmasıdır. Bu məsələ öz həllini tapmalıdır”.

Oxşar xəbərlər

Avto-icbari sığorta üzrə mühüm yenilik: Zərərçəkənə ödənişi öz sığortaçısı ödəyəcək

Avto-icbari sığorta üzrə mühüm yenilik: Zərərçəkənə ödənişi öz sığortaçısı ödəyəcək

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı...

655 Sosial 11:49 03 avqust 2022

Son xəbərlər