Bolqarıstanın ekologiya naziri koronavirusa yoluxub

Bolqarıstanın ekologiya naziri koronavirusa yoluxub
Sosial 23

Bolqarıstan baş nazirinin iqlim siyasəti üzrə müavini, ətraf mühit və su ehtiyatları naziri Borislav Sandov koronavirusa yoluxduğunu açıqlayıb.

BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə o, feysbuk sosial şəbəkəsində yazıb.

Baş nazirin müavini xəstəlik səbəbindən parlamentdə iyunun 21-nə təyin edilmiş hökumətə etimadsızlıq səsverməsi ilə bağlı dinləmələrdə iştirak edə bilməyəcək.

"Kiril Petkovun rəhbərlik etdiyi hökumətin bir hissəsi olmaqdan qürur duyuram. Məni qıcıqlandıran yeganə şey odur ki, bu gün mənə COVID-19 diaqnozu qoyulduğu üçün gələn həftə həmkarlarımın yanında ola bilməyəcəm", - nazir qeyd edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Finlandiyanın Baş naziri koronavirusa yoluxub

Finlandiyanın Baş naziri koronavirusa yoluxub

Finlandiyanın baş naziri Sanna Marinin koronavirus testi müsbət çıxıb. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə siyasətçi sosial şəbəkə hesabında m...

61 Sosial 17:36 08 iyun 2022

Son xəbərlər