Böhrandan çıxış yolu - azərbaycanlılar kütləvi şəkildə "Mercedes"ləri Almaniyaya göndərir (CƏDVƏL)

Böhrandan çıxış yolu - azərbaycanlılar kütləvi şəkildə Mercedesləri Almaniyaya göndərir (CƏDVƏL)
Sosial 2893

 

Azərbaycanda avro və dolların son bir ildə kəskin bahalaşmasından sonra insanlar pul qazanmağın başqa yollarını axtarmağa başlayıblar.

BAKU.WS-in məlumatına görə, Azərbaycanın milli məzənnəsinin devalvasiyaya uğramasından sonra manat bu gün ABŞ dollarına nisbətdə 1,5972-yə, avroya nisbətdə 1,7326 AZN-ə bərabərdir. Ölkədə xarici valyutaların bahalaşmasından sonra insanlar dollar və avrodan istifadə edərək qazanc əldə etməyin unikal yolunu tapıblar. 

Manatın kəskin ucuzlaşması ölkənin avtomobil bazarında vəziyyəti gərginləşdirib. Belə ki, köhnə məzənnə ilə (0,78 AZN) xaricdən gəitirilən avtomobillər əvvəllər dollar və avro ilə daha çox vəsait hesabına alınırdı. Ancaq manatın ucuzlaşmasından sonra avtomobili dollar və avro ilə daha az ödəniş etməklə almaq mümkün olur. Məhz bu amili nəzərə alan bəzi satıcılar xarici valyutalardan qazanc məqsədilə istifadə edirlər. 

Bacarıqlı avtomobil satıcıları öz bizneslərinin istiqamətini 180 dərəcə dəyişərək Avropa bazarına çıxmağa başlayıblar. Ölkədə avtomobil alanların azalması nəticəsində satıcılar daha sərfəli qiymətə avtomobil satmaq üçün Avropa bazarlarına üz tutmağa məcbur olublar. Məsələn, 2014-cü il istehsallı G63 AMG avtomobilinin dəyəri Bakıda 90 min dollardır. Bu qiymət G63 modeli üçün Avropa bazarında ən aşağı qiymət sayılır. Almaniyada və digər Avropa ölkələrində bu modelin dəyəri ən azı 120 min dollardır. 2010-cu il istehsallı "Bentley" Continental GTC avtomobilini Bakıda 70,000 dollara almaq mümkündür. Almaniyada həmin analoji modelin dəyəri 118 min dollardır. 

Beləliklə, kim ki, böhran vəziyyətində problemlərin həlli yollarını axtarır onlar, bu yolla minlərlə dollar qazanc əldə edə bilər. Bunun üçün əlinizdə olan avtomobili Avropa bazarına çıxarmağınız kifayət edir.

Перейдя по ссылке вы можете ознакомиться со статьей на русском языке

Tofiq Babayev

BAKU.WS

Oxşar xəbərlər

Manat dollar və avro qarşısında bahalaşır (CƏDVƏL)

Manat dollar və avro qarşısında bahalaşır (CƏDVƏL)

Valyuta bazarlarında dollar Azərbaycan manatı qarşısında cüzi ucuzlaşıb. BAKU.WS-in məlumatına görə, ABŞ dolları manat qarşısında səhər saatlarından etibarən...

2749 İqtisadiyyat 16:40 25 dekabr 2015

Son xəbərlər