BNA və DYP eyni xətaya görə 7 saniyə fərqlə cərimə yazdı - FOTO

BNA və DYP eyni xətaya görə 7 saniyə fərqlə cərimə yazdı - FOTO
Foto
Sosial 425

Avtomobil sahibi Fərid Cahangirov qəribə cərimələrlə üzləşib.

BAKU.WS "report"a istinadən xəbər verir ki, F.Cahangirov bu barədə sosial şəbəkələrdə paylaşım edib.

Belə ki, metronun "28 may" stansiyası yaxınlığında dayanma-durma qaydalarını pozan sürücüyə iki qurum - Bakı Nəqliyyat Agentliyi (BNA) və Dövlət Yol Polisi (DYP) tərəfindən eyni cərimə yazılıb.

Lakin maraqlıdır ki, cərimələrin tətbiq olunma vaxtları arasında cəmi 7 saniyə fərq var. BNA cəriməni 16:45:27-ci saniyədə, DYP isə 16:45:34-ci saniyədə yazıb.

Vətəndaş bir xətaya görə ikiqat cərimələnməsindən şikayətçidir.

Fotoları təqdim edirik.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər