BNA: Paytaxtda bəzi yerlərdə parklanmanın pulsuz olması tıxaca səbəb olur

BNA: Paytaxtda bəzi yerlərdə parklanmanın pulsuz olması tıxaca səbəb olur
Sosial 164

"Hazırda Bakıda bəzi yerlərdə parklanma pulsuzdur və elə bu da şəhərdə tıxac yaradan əsas səbəblərdən biridir".

BAKU.WS “Report”a istinadla xəbər verir ki, bunu onlayn keçirilən “Baku City Forum”da Bakı Nəqliyyat Agentliyinin (BNA) Nəqliyyat axınının idarə olunması və təhlili şöbəsinin müdiri Tərlan Səfərov deyib.

Bundan başqa, onun sözlərinə görə, paytaxtın daha 10 küçə və prospektində avtobus zolaqlarının təşkili ilə bağlı Nazirlər Kabinetinin tapşırığı var:

“Bildiyiniz kimi əvvəllər 3 küçə və prospektdə avtobus zolaqları təşkil edilmişdi. Əsas məqsədimiz şəhərdə mobilliyin artırılmasıdır. Məhz avtobus zolaqlarının artırılması bizim üçün prioritetdir".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər