Bloqerlər dolğularını əridirlər: "İdeal gözəllik" dəbdən düşür?
Son illərin tendensiyası göstərir ki, "ideal gözəllik" axtarışında olanlar dolğun yanaq sümükləri, kəskin çənə xətti, iri və simmetrik dodaqlar üçün müxtəlif kosmetoloji prosedurlara üz tuturlar.
Amma son günlər bir çox bloqer öz fikrini dəyişib. Əvvəlcə, Türkiyədə Danla Biliç, deyilənə görə, izləyiciləri ilə dolğusuna görə bədənində infeksiya yayıldığını və buna görə müalicə aldığını paylaşıb.
Bu xəbərdən sonra Azərbaycanda 3 bloqerin də estetik dolğularını əritdikləri iddia olunur.
Mövzu ilə bağlı Baku TV paytaxt sakinlərinin fikirlərini öyrənməyə çalışıb.
Maraqlıdır, tanınmışların bu qərarına onlar dəstək çıxırlarmı?
"Artıq başa düşürlər ki, heç bir estetik prosedur insanın təbii gözəlliyindən üstün ola bilməz", - deyə sakinlərdən biri bildirib. Başqa bir sakin isə belə deyib: "Estetik əməliyyat etdirməsinlər, çünki hamı bir-birinə bənzəməyə başlayıb".
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Bakıda 4 il əvvəl açılışı olmuş bağça niyə hələ də fəaliyyət göstərmir?
Binə qəsəbəsində yerləşən 346 nömrəli körpələr evi-uşaq bağçası istifadəyə hazıdır, hətta 4 il öncə açılışı da olub, amma hələ də fəaliyyət göstərmir. BAKU.WS X...