Birmərtəbəli obyekt sahibi olmaq istəyənlərə MÜJDƏ - QADAĞALAR qaldırıldı
21
fev
2019
12:32
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Bakıda tikintiyə və istismara icazə verilməsi üzrə “Elektron müraciət sistemi”nin təqdimatı keçirilib.BAKU.WS report-a istinadən xəbər verir ki, təqdimat mərasimi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbəri Anar Quliyevin iştirakı ilə baş tutub.O, sistemin əhəmiyyəti barədə danışıb və onun sahibkar-məmur ünsiyyətini minimum həddə endirdiyini deyib.“Elektron müraciət sistemi” bu gündən fəaliyyətə başlayır. 10 gün ərzində tikinti obyektlərinə texniki icazə almaq mümkün olacaq. Təsdiq edilmiş yeni qaydaya əsasən, icazə üçün tələb olunan sənədlərin sayı 18-dən 7-yə endirlib. Komitə rəsmisi bildirib ki, sahəsi kiçik olan, birmərtəbəli, aşırımlarının uzunluğu böyük olmayan tikinti obyektlərinin isə istismarına icazə tələb olunmayacaq. Tədricən ekspertizası tələb olunan tikililərin də qeydiyyatı ilə bağlı proseslər elektronlaşdırılacaq. BAKU.WS
Oxşar xəbərlər
Tikintiyə icazə alınması proseduru sadələşir - VİDEO
Tikinti sektorunda icazə üçün bir pəncərə sisteminin tətbiqinə başlanılır. Qaydalara əsasən tikintiyə və tikinti obyektinin istismarına icazə ödənişsiz şəkildə...