Baş nazirdən yeni qərar: Tikinti qaydaları dəyişdi

Baş nazirdən yeni qərar: Tikinti qaydaları dəyişdi
Sosial 15249
Nazirlər Kabinetinin 2014-cü il 11 sentyabr tarixli 303 nömrəli qərarı ilə təsdiq edilmiş “Texniki nəzarətin həyata keçirilməsinin tələb olunmadığı tikinti obyektlərinin siyahısı”nda aşağıdakı dəyişikliklər edilib.BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.Dəyişikliyə görə, mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunacaq.Həmçinin Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunacaq.Bildirilir ki, dəyişikliyin yuxarı dövlət orqanı və ya müvafiq sahədə dövlət siyasətini və tənzimləməsini həyata keçirən dövlət orqanları ilə razılaşdırmaqla qəbul (təsdiq) olunan normativ hüquqi aktda dəyişiklik yalnız həmin orqanlarla razılaşdırıldıqdan sonra edilə bilər. Belə normativ hüquqi aktda ona dəyişiklik edilməsi qaydası göstərilməlidir.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər